Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Məktəbli şagirdlərin iştirakı ilə "Bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət - Xocalı Soyqırımı" mövzusunda elmi - praktik konfrans keçirildi.

0

  •  


            Xocalı Soyqırımının 25-ci ildönümü münasibətilə Xocalı rayonunda silsilə tədbirlər davam etdirilir. 07.02.2017-ci il tarixdə Xocalı rayon RTŞ-nin aparıcı məsləhətçisi Nəcəf Həsənovun və Xocalı şəhər 4 saylı tam orta məktəbin təşkilatçı müavini Şahnaz Əliyevanın təşəbbüsü və təşkilatçılığı, məktəbli şagirdlərin iştirakı ilə "Bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət - Xocalı Soyqırımı" mövzusunda elmi - praktik konfrans keçirildi. Bu konfransın digər konfranslardan fərqi məktəbli şagirdlərin iştirakı ilə baş tutmasındadır. Şagirdlər konfransa sədr və katib seçdikdən sonra konfrans öz işinə başladı. Konfransa sədrliyi Xocalı şəhər 4 saylı tam orta məktəbin X sinif şagirdi Nihad Qəribli, katibliyi isə həmin məktəbin VIII sinif şagirdi Fuad Əliyev etdi.
            VIII sinif şagirdi Telman Mövsümzadə geniş məruzə ilə Xocalı soyqırımı haqqında, erməni quldurlarının törətdiyi vəhşiliklərdən söhbət açdı.
            Sonra məktəblilər məruzə ətrafında çıxışlar edərək bildirdilər ki, Xocalıda ermənilər tərəfindən törədilmiş faciə ən dəhşətli, insanlığa utanc gətirən bir soyqırım aktıdır. Xocalı faciəsi zamanı erməni cəlladları körpələrə, qocalara, hamilə qadınlara aman vermədən qətlə yetiriblər. Bu cinayəti törədənlər cəzalandırılmalıdır. Düşməndən mütləq qisas alınmalıdır.
            Məktəbli şagirdlər Xocalı faciəsi və vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
            Daha sonra Xocalı RTŞ-nin müdiri Şakir Əliyev, Xocalı RMX-nın baş həkimi Məmməd Nağıyev və Xocalı rayon İH-nin İctimai  - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən, Xocalı Soyqırımının dünyada tanıdılması məqsədilə görülən işlərdən, Ordumuzun uğurlu Aprel döyüşlərindən, həmçinin Qarabağın və Xocalının qədim tarixindən məlumatlar verdilər.
            Konfransın sonunda aşağıdakı qərarlar qəbul edildi.
                 1. "Bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət - Xocalı Soyqırımı" mövzusunda elmi-praktik konfransın işi qənaətbəxş hesab edilsin.
                 2. Ermənilərin törətdikləri terror aktları, Azərbaycan torpaqlarının işğalı bir daha pislənilsin.
                 3. Konfransın işi barədə sosial şəbəkələrdə məlumat verilsin.
                 4. Tövsiyə olunsun Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin gələcəkdə Ermənistan - Azərbaycan  - Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş müxtəlif səpkili tədbirlər həyata keçirsin.
            Qalib Bəyməmmədoğlu
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib40 dəfə
    Məktəbli şagirdlərin iştirakı ilə "Bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət Xocalı Soyqırımı" mövzusunda elmi praktik konfrans keçirildi.

    Maraqlı gələ bilər
    104
    162
    64
    40
    76